Şimali Koreya yeni nüvə raketini sınaqdan keçirməyə hazırlaşır

Cənubi Koreya Şimali Koreyanın nüvə raket sınağı üçün bütün hazırlıqlarını tamamladığını və istənilən vaxt yeni raketi sınaqdan keçirə biləcəyini iddia edib.

Aznews.az xəbər verir ki, Milli Assambleyanın Müdafiə Komitəsinə məlumat verən müdafiə naziri Li Conq Sup qeyd edib ki, Cənubi Koreya Şimali Koreyanın inkişaf edən nüvə və raket təhdidlərinə qarşı çəkindiriciliyini gücləndirib.

Şimali Koreyanın fotoşəkillərini dərc etdiyi "Hvasan-31" adlı taktiki nüvə başlığı və nüvə tutumuna malik "radioaktiv sunami" yarada bilən sualtı pilotsuz uçan aparat haqqında komitəyə məlumat verən Li Cənubi Koreyanın ABŞ-la birgə Şimalın mümkün sınaqlarına müdaxilə edəcəyini bildirib.

Li bildirib ki, ordu Şimali Koreyanın Punggye-ri poliqonunu mümkün raket sınağına qarşı izləyir.

Bundan əlavə, Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçi Kim Qunn və ABŞ-nin Simali Koreya Xüsusi nümayəndəsi Sunq Kim paytaxt Seulda görüşüb.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Koreya yarımadasındakı son təhlükəsizlik məsələləri barədə danışan iki tərəf Şimali Koreyanı nüvə silahı yaratmaq səylərindən çəkindirməyə davam etmək barədə razılığa gəliblər.

Mövsüm