Tayvan: Adanın ətrafında 26 Çin təyyarəsi və 7 gəmi aşkar edilib

Çin ordusunun ötən həftənin sonunda Tayvan ətrafında başladığı hərbi təlimdən sonrakı günlərdə ada ətrafında hərbi fəaliyyət davam edir.

Aznews.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 26 hərbi təyyarə və 7 döyüş gəmisi aşkar edilib.

Nazirliyin açıqlamasına görə, 26 təyyarədən 14-ü tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçib.

6 "SU-30", 2 "J-10", 6 "J-16" döyüş təyyarəsi Tayvan boğazında nominal "orta xətt"in arxasından uçub.

Mövsüm