- Dünyanın halı
- 10 May 2023 13:16
- 4 163
Yaponiya və Cənubi Koreya Şimali Koreyaya qarşı birləşirlər
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı 12 ildən sonra lider diplomatiyasını yenidən səfərbər edib.
Ev sahibi Yaponiyanın Baş naziri Kişida Fumio Cənubi Koreya lideri Yoon ilə çətin strateji mühitdə görüşdüklərini və əməkdaşlıq əlaqələrinin aktuallığı barədə razılığa gəldiklərini bildirib.
Yoon, "Biz təhlükəsizlik və iqtisadi ittifaq baxımından ümumbəşəri dəyərləri paylaşırıq , eləcə də demokratiya baxımından ortaq maraqları güdürük. Bu mövzuda ən yaxın müttəfiqlərik" ,-deyə qeyd edib.
Görüşdə 2022-ci ildə bir ildə ən çox raket sınaqları keçirərək regional təhlükə səviyyəsini artıran Şimali Koreyanın raket və nüvə proqramları gündəmə gəlib.
Qonaq lider çıxışında, görüş zamanı iki ölkə arasında Hərbi İnformasiyanın Ümumi Təhlükəsizliyi Sazişinin (GSOMIA) normal vəziyyətə gətirilməsi əmrini verdiyini açıqlayıb.
“Mən onun tam normallaşdığını bəyan etmişəm”. “Mən hesab edirəm ki, iki ölkə məlumat paylaşmalı və Şimali Koreyanın nüvə raket sınaqlarına cavab verməlidir”, - Yoon bildirib.
Mövsüm
Aznews.az