İsrail qüvvələri 33 fələstinlini saxlayıb

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif nöqtələrində 33 fələstinlini nəzarətə götürdüyü bildirilir.

Aznews.az xəbər verir ki, Fələstinli Məhbuslar Klubundan verilən yazılı açıqlamaya görə, İsrail qüvvələri bu gün səhər də İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlarını davam etdirib.

Bu çərçivədə İsrail qüvvələri 23-ü Beytləhmin Taku qəsəbəsindən olan 33 fələstinlini nəzarətə götürüb.

İsrail tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Mövsüm