ABŞ-də Respublikaçılardan prezidentliyə namizədlik yarışı

ABŞ-də 2024-cü il üçün prezidentliyə namizədlikdə, xüsusən də respublikaçılar arasında böyük fəallıq var. Tramp və Desantis kimi iki mühüm namizəddən sonra həm də güclü bir fiqur olan keçmiş vitse-prezident Mayk Pens namizədliyini açıqlayıb.

Aznews.az xəbər verir ki, Partiyada 10-a yaxın adam, o cümlədən bir çox keçmiş qubernator namizədliyini açıqlayıb.

ABŞ yeni prezidentini 2024-cü il noyabrın 5-də seçəcək.

Demokratlarda Baydenə qarşı güclü namizəd olmasa da, Respublikaçılarda namizəd inflyasiyası var.

Nəhayət, namizədlər karvanına ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens də qoşulub.

"Müxtəlif zamanlar fərqli liderlik tələb edir",- deyə Mayk Pens bildirib.

Keçmiş prezident Tramp hələ də Respublikaçılar Partiyasının ən güclü namizədidir.

Ona qarşı davam edən bir çox iddialarla mübarizə aparan Tramp bəzi respublikaçılar üçün qəhrəman kimi görünür.

Trampdan sonra ən populyar namizədə çevrilən Florida qubernatoru Desantisin kampaniyaya pis başladığı və hələ də istənilən effekti əldə etmədiyi bildirilir.

Sorğular göstərir ki, Desantisin dəstəyi Trampın yarısıdır.

Respublikaçılardan ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, Nyu-Cersi qubernatoru Kris Kristi və Cənubi Karolina senatoru Tim Skott da namizədlik uğrunda mübarizəyə başlayıblar.

Mövsüm