Rusiya səfiri F-16 qırıcılarının Ukraynaya təhvil verməsinin nəticələrini açıqlayıb

Danimarkanın Ukraynaya döyüş təyyarələri təhvil verməsi münaqişənin yeni kəskinləşməsinə gətirib çıxarır.

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib.

“Danimarkanın hazırda 19 F-16 təyyarəsini Ukraynaya təhvil vermək qərarına gəlməsi münaqişənin gərginləşməsinə səbəb olur”, - diplomat bildirib.

Onun sözlərinə görə, Kopenhagen sülh üçün şərtləri Kiyevin özü müəyyən etməli olduğu tezisinin arxasında gizlənir. Nəticədə Danimarka Ukraynaya hərbi əməliyyatları davam etdirməkdən başqa seçim qoymur.

Mövsüm