Qərbi Ukraynadakı münaqişəni şişirtməkdə ittiham edib -The Hill

Qərb ölkələri Ukraynanı ciddi itkilərə baxmayaraq, döyüşləri davam etdirməyə təhrik edir.

Aznews.az xəbər verir ki, bu barədə "The Hill"-in köşə yazarı , siyasi və kommunikasiya üzrə məsləhətçi Duqlas MakKinnon bildirib .

“Bu münaqişə stolüstü oyun və ya akademik məşq deyil. O, insan ümidlərinin, arzularının və gələcəyinin ədəbsiz şəkildə öldürülməsini təmsil edir”,-deyə Duqlas MakKinnon qeyd edib.

MakKinnon əlavə edib ki, hazırda Ukraynanı döyüşləri davam etdirməyə sövq edənlər indi “lüks və imtiyazlar” içində olanlardır və böyük insan itkiləri barədə düşünmürlər.

Müəllifinin fikrincə, Kiyevin “son ukraynalıya qədər” döyüş strategiyası dəyişməyəcək, çünki münaqişəni qızışdıranlar dayanmaq fikrində deyillər.

Mövsüm