Yaponiya və Cənubi Koreya Şimali Koreyanın 2 ballistik raket atdığını açıqlayıb

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınaqdan keçirdiyini bildirib.

Aznews.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı bəyanatında Şimali Koreyanın Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atdığını açıqlayıb.

Bildirilib ki, raketlər yerli vaxtla saat 11.43-11.53 arasında paytaxt Pxenyanın Sunan rayonu yaxınlığında buraxılıb.

Yaponiya hökuməti raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü və bölgədə fəaliyyət göstərən hava və dəniz elementlərinə heç bir zərərin aşkar edilmədiyini açıqlayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu raket sınağını pisləyib və Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası göndərildiyini bildirib.

Sınaqların Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya gedərək prezident Vladimir Putinlə görüşəcəyi ictimaiyyətə məlum olduqdan sonra həyata keçirilməsi diqqət çəkir.

Mövsüm