Cənubi Afrikada qəza nəticəsində 20 nəfər həyatını itirib

Cənubi Afrika Respublikasının Limpopo əyalətində ölkənin ən böyük almaz mədənlərindən biri olan Venedikaya gedən işçiləri daşıyan avtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Aznews.az xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada qəzada ən azı 20 işçinin həyatını itirdiyi bildirilib. Qəzadan sonra avtobus alovlanıb və yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəzanın səbəbi hələ məlum olmasa da, polis tərəfindən araşdırma başladılıb.

Cənubi Afrikanın illik almaz istehsalının 40 faizindən çoxunun əldə edildiyi Venetia almaz mədənində 4300 nəfər çalışır.

Mövsüm