"NATO Ukraynada daha çox döyüşə hazır olmalıdır" -Yens Stoltenberq

NATO-nun Ukraynada daha çox döyüşə hazır olması lazımdır.

Aznews.az xəbər verir ki, bu barədə blokun baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin toplantısına gələrkən deyib.

"Əlbəttə ki, biz Ukraynadakı vəziyyəti müzakirə edəcəyik. Cəbhədə gərgin döyüşlər görürük və Ukrayna şəhərlərinə pilotsuz təyyarələrin hücumlarının dalğalarını müşahidə edirik və biz daha çox döyüşə, həmçinin Ukrayna şəhərlərinə qarşı daha çox hava və raket hücumlarına hazır olmalıyıq. Bu, NATO müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam etməsini daha da vacib edir”, - Stoltenberq qeyd edib.

NATO rəhbəri həmçinin deyib ki, o, “cəbhə xəttində baş verəcək hadisələri çox ehtiyatla proqnozlaşdırır, çünki müharibələr təbiətcə gözlənilməzdir”. “Cəbhə xətti son bir ildə yerindən tərpənməyib”, o əlavə edib.

Stoltenberq həmçinin Almaniya və Niderlandın 2024-cü ildə Ukraynaya on milyard avroya qədər hərbi yardım ayırmaq planlarını, həmçinin NATO ölkələrinin “Ukraynanı hava hücumundan müdafiə ilə təmin etmək üçün səyləri əlaqələndirmək” üçün koalisiya yaratmaq qərarını alqışlayıb.

Mövsüm