- Rusiya və İran
- 01:09
- 1 890
Ramzan Kadırovun oğlu Çeçenistanda nazir oldu
Rusiyada Çeçenistan Federasiyasının başçısı Ramzan Kadırovun böyük oğlu Ahmat Kadırov hökumətdə təmsil olunacaq.
AzNews.az xəbər verir ki, onun federasiya hökumətinin sədr müavini vəzifəsinə namizədliyi yerli parlament tərəfindən təsdiqlənib.
Bu barədə Ramzan Kadırov yanvarın 15-i, cümə axşamı günü, axşam saatlarında məlumat verib.
«Milli nümayəndələr Ahmat Kadırovun ÇR hökumətinin sədr müavini- idman və fiziki tərbiyə naziri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqlədilər. Həmçinin Əhməd Dudayevin ÇR hökumətinin sədr müavini - milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri vəzifəsinə namizədliyini də qəbul etdilər»,- deyə onun Telegram kanalında yayımlanan mesajında qeyd olunub.
Çeçenistan hökumətinin sədri Məmməd Davudov bildirib ki, təyin olunan şəxslərin göstərilən yüksək etimadı doğruldacaqlarına və bölgənin xeyrinə səmərəli çalışacaqlarına əminlik var.
Qeyd olunur ki, həm Ahmat Kadırov, həm də Əhməd Dudayev öz dəqiq və nizamlı fəaliyyəti ilə tanınırlar və əldə etdikləri nəticələr onların daha genişmiqyaslı vəzifələrin həllinə hazır olduqlarını göstərir.
AzNews.az