"Beşiktaş"ın gözü Real Madridin ulduzunda!

Transfer mövsümündə hələlik səssiz qalan Beşiktaş sürpriz addıma hazırlaşır. İstanbul təmsilçisi İspaniyanın nəhəng klubu Real Madridin ulduz futbolçusu ilə bağlı ilk təmaslara başlamağı planlaşdırır.

Ara transfer dövründə əsas hədəfi müdafiə xəttini gücləndirmək olan “qara-ağlar” diqqətini dünya səviyyəli bir ada yönəldib.

Sergen Yalçın bunu açıqlamışdı

Beşiktaşın baş məşqçisi Sergen Yalçın Keçiörengücü ilə oyundan sonra verdiyi açıqlamada 2–3 futbolçu ilə transfer danışıqlarında sona yaxınlaşdıqlarını bildirmişdi. Bu açıqlamadan sonra klubun hansı adlar üzərində işlədiyi maraq doğurmuşdu.

Hədəfdə David Alaba var

Siyah-ağlı klub Real Madridin formasını geyinən avstriyalı mərkəz müdafiəçisi David Alabanı transfer siyahısına daxil edib. “Eflatun-ağlar”da əsas heyətdə müntəzəm forma şansı tapa bilməyən 33 yaşlı futbolçunun vəziyyəti Beşiktaş tərəfindən yaxından izlənilir.

Təcrübəsi və çoxfunksiyalılığı ilə tanınan Alaba üçün Beşiktaş rəhbərliyinin Real Madridlə ilkin əlaqələr qurmağa hazırlaşdığı bildirilir. Transferin reallaşıb-reallaşmayacağı qarşıdakı günlərdə aparılacaq danışıqlardan sonra bəlli olacaq.

Mövsüm