- Qərb
- 01:42
- 1 453
ABŞ bir həftə ərzində İranı texniki mühasirəyə alacaq: Aviadaşıyıcılar yola düşüb
ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Filip Bridlav (Philip Breedlove) bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi addımlar atmaq üçün “vaxt pəncərəsini qaçırdığı” iddiaları əsassızdır.
AzNews.az xəbər verir ki, o, Fox News-un “America’s Newsroom” proqramında çıxışı zamanı Prezident Donald Trampın İranda artan iğtişaşlar fonunda mümkün hərbi seçimlərə malik olduğunu vurğulayıb.
Bu arada, hərbi mənbələrin Fox News-a təsdiqlədiyinə görə, ABŞ-ın ən azı bir aviadaşıyıcısı Yaxın Şərq istiqamətinə doğru hərəkətə başlayıb. Hələlik həmin gəminin Cənubi Çin dənizində fəaliyyət göstərən USS Abraham Lincoln olub-olmadığı, yoxsa bu həftə Norfolk və San Dieqodan yola çıxan iki aviadaşıyıcıdan biri olduğu dəqiqləşdirilməyib. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, aviadaşıyıcının bölgəyə çatması ən azı bir həftə çəkəcək.
Mənbələrin bildirdiyinə görə, yaxın günlərdə və həftələrdə ABŞ-ın hava, quru və dəniz qüvvələrinə məxsus hərbi vasitələr mərhələli şəkildə Yaxın Şərqə yerləşdiriləcək. Məqsəd Prezidentə İrana qarşı mümkün zərbələr üçün geniş hərbi seçimlər təqdim etməkdir.
G7 ölkələri isə İranda ölkə miqyasında etirazların qəddar şəkildə yatırılması və minlərlə insanın həlak olması ilə əlaqədar Tehrana qarşı yeni sanksiyalarla hədələyib.
Rəsmi dairələr bu hərbi hərəkətliliyi “qüvvələrin yerləşdirilməsi və hazır vəziyyətə gətirilməsi” prosesi kimi xarakterizə edir. Yüksək vəzifəli bir mənbə bildirib ki, əgər Prezident hərbi əməliyyatlara qərar verərsə, bu dəfə yanaşma “daha hücum xarakterli” olacaq. ABŞ hərbi planlaşdırıcıları isə İran rejiminin yaxın günlərdə atacağı addımlardan asılı olaraq müxtəlif ssenarilər üzərində işləyirlər.
Bundan əlavə, ABŞ-ın Yaxın Şərqdəki bazalarının və İsrailin müdafiəsini gücləndirmək məqsədilə bölgəyə raketdən müdafiə sistemlərinin də göndərilməsi planlaşdırılır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Fox News Digital-in mövzu ilə bağlı sorğusuna hələlik rəsmi cavab verməyib.
AzNews.az