İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb

İspaniya Milli Polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.

Aznews.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Onların məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını “dünyanın müxtəlif yerlərində qurum və şirkətlərə çoxsaylı hücumlar həyata keçirən “Kelvin Security” hakktiv qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar. Polisin bildirdiyinə görə, şübhəli “cinayətkar fəaliyyətdən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxsdir”.

İstintaq 2021-ci ilin dekabrında, hüquq-mühafizə orqanlarının əməkdaşları Getafe və Kamas şəhər meriyalarının kompüter sistemlərinə kiberhücumlar edildiyini öyrənəndə başlayıb.