Efiopiyada 4 milyon insan ərzaq böhranı ilə üzləşib

Efiopiyada iqlim dəyişikliyinin yaratdığı fəlakətlər təxminən 4 milyon insanı ərzaq böhranı ilə üz-üzə qoyub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Efiopiya Rezident Əlaqələndirmə Ofisi və Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyası Efiopiyadakı ərzaq böhranı ilə bağlı birgə bəyanat yayıb.

Açıqlamada, yağıntıların qeyri-kafi olmasının qida böhranına səbəb olduğu bildirilib və Efiopiyanın dünyanın ən ağır qida böhranı ilə üzləşdiyi vurğulanıb.

Bəyanatda ölkədə baş verən humanitar böhranın təcili həll edilməli olduğu bildirilib və 2022-ci ildə təkrarlanan quraqlıq hallarının Afar, Amhara, Tiqray, Oromiya, Cənub və Cənub-Qərb bölgələrini təsir altına almaqda davam etdiyi qeyd edilib.

Açıqlamada, iqlim dəyişikliyinin kənd təsərrüfatı fəaliyyətlərinə mənfi təsirinin qidaya çıxışı xeyli çətinləşdirdiyi bildirilib.

Mövsüm

Aznews.az