Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Kanada sanksiya siyahısına 10 vətəndaşı və 150-dən çox hüquqi şəxsi əlavə edərək, Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"21 fevral 2024-cü ildə Kanada Xüsusi İqtisadi Tədbirlər Qaydalarına (Rusiya) əlavə düzəlişlər edərək, biznes əməliyyatlarına geniş məhdudiyyətlərə məruz qalan on fiziki və yüz əlli üç (153) hüquqi şəxs əlavə edib",-deyə məlumatda deyilir.

Sanksiyalar İranla bir sıra sahələrdə çalışan, Rusiyanın neft sektoruna dəstək verən, sığorta, komponentlərin və hərbi texnologiyaların tədarükü də daxil olmaqla Rusiya müdafiə sektoruna dəstək verən vətəndaşlar və hüquqi şəxsləri əhatə edib.

Mövsüm

Aznews.az