Estoniya Çexiyanın Ukraynaya sursat tədarükü təşəbbüsünü dəstəkləyib

Estoniya Çexiyanın Ukrayna üçün artilleriya mərmiləri almaq təşəbbüsünə qoşula bilər.

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib .

Onun sözlərinə görə, Tallinn təşəbbüsü dəstəkləyir və konkret təkliflər üzərində işləyir.

"İki həftə əvvəl hökumət Ukraynaya 20 milyon avro dəyərində yeni hərbi dəstək paketi hazırlamaq qərarına gəlib. Onun böyük hissəsi döyüş sursatı olacaq", - Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Mövsüm

Aznews.az