Rusiya və Tacikistan Silahlı Qüvvələri arasında ikitərəfli təlimlər başlayıb

Tacikistanda Rusiya Silahlı Qüvvələri ilə yerli hərbçilər arasında ikitərəfli təlimlər başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Teleqram kanalında məlumat yayıb.

"Rusiya hərbi kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 201-ci Rusiya hərbi bazasının bölmələri təşkil edir", - departament qeyd edib.

Təlimlərdə dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin RCBZ mütəxəssisləri, PUA-lar və mobil elektron döyüş qrupları iştirak edəcək.

Mövsüm

Aznews.az