Omanda güclü daşqınlar 13 nəfərin həyatına son qoyub

Oman Sultanlığının Şimali Şərqiyyə əyalətində baş verən güclü daşqın nəticəsində 9 məktəbli olmaqla 13 nəfər həlak olub.

Bu barədə “As-Sharq Awsat” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, daşqınlara Omanın bir sıra əyalətlərində son bir neçə gün ərzində yağan güclü yağışlar səbəb olub.

Omanın yağış depressiyası adlandırdığı daşqın qurbanlarının sayı 13 nəfərə çatıb ki, onların da əksəriyyəti məktəblilərdir.

Mövsüm

Aznews.az