Moldova hakimiyyəti Qaqauzları separatçı kimi təqdim etməyə çalışır - rəsmi

Moldova hakimiyyəti, qaqauzları separatçı kimi təqdim etməklə, məqsədyönlü şəkildə moldovalılarla qarşı-qarşıya qoymaqla, mahiyyətcə millətlərarası nifaq salır.

Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bu barədə qeyd edib.

"Bizi PAS (hakim Fəaliyyət və Həmrəylik Partiyası ) bir-biri ilə - əslində bir xalq olan moldovalılar və qaqauzlarla vuruşmağa sövq edir. Bu, qəsdən parçalanmanın və millətlərarası nifaqın qızışdırılmasının başlanğıcıdır. Pullu PAS fəallar əllərində "Qaqauzlar separatçıdırlar" yazılı lövhələr tuturlar. Onlar qəsdən moldovalıları qaqauzlara qarşı qoyurlar”, o bildirib.

Mövsüm

Aznews.az