- Dünyanın halı
- 15 May 19:04
- 2 279
Stoltenberq Fikonun tezliklə sağalmasını arzulayıb
![](https://www.aznews.az/storage/2018/11/13/stoltenberq.jpg)
NATO-nun baş katibi Yens Stoltenberq Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdindən şoka düşdüyünü və dəhşətə gəldiyini bildirib.
Şimali Atlantika Alyansının baş katibi Fikonun tezliklə sağalmasını arzulayıb.
“Baş nazir Robert Fikoya qarşı sui-qəsddən şoka düşdüm və dəhşətə gəldim. Tez sağalması üçün ona güc diləyirəm. Mənim dualarım Robert Fiko, onun yaxınları və Slovakiya xalqı ilədir”, - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Mövsüm
Aznews.az