Ukrayna və Aİ Kiyevə ayrılan vəsaitlərə nəzarət haqqında saziş imzalayıb

Ukrayna və Avropa İttifaqı (Aİ) arasında "Ukraine Facility" proqramının icrası çərçivəsində Kiyevə ayrılan 50 milyard avrodan çox vəsaitə nəzarət haqqında saziş imzalanıb.

Bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Sənədi Ukrayna İqtisadiyyat Nazirliyinin rəhbəri və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi imzalayıb.

“Saziş Ukrayna Mexanizmi çərçivəsində koordinasiya, monitorinq və hesabatların necə aparılacağına dair təlimatdır. Onun Ukrayna hökumət orqanları ilə Aİ institutları arasında sıx qarşılıqlı əlaqəni təmin etməsi vacibdir. Xüsusilə, Avropa Komissiyası, Avropa "Anti-Fraud Office" (OLAF) və Avropa Auditorlar Məhkəməsi ilə əməkdaşlıq”, - Sviridenko sosial şəbəkədə yazıb.

Mövsüm

Aznews.az