Aİ Rusiyaya görə Belarusa qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır

Avropa İttifaqı ölkələri Qərb mallarının və onun vasitəsilə Rusiyaya “lüks malların” idxalını məhdudlaşdırmaq üçün Belarusa qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.

Bu barədə “The Financial Times” məlumat yayıb.

Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyalardan və mallardan, həmçinin mayeləşdirilmiş təbii qazdan gedir. Bundan əlavə, Belarusdan almaz idxalını dayandıracaq.

Yeni məhdudiyyətlər həmçinin Belarus vasitəsilə Rusiya Federasiyasına bahalı lüks avtomobillərin idxalını dayandırmağa yönələcək. Yeni paket layihəsinin mətninə əsasən, hazırda Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə edilən sanksiyalar “yayınma riskini minimuma endirmək” məqsədi daşıyır.

Mövsüm

Aznews.az