ABŞ-nin Beyrutdakı səfirliyinə silahlı hücum olub

ABŞ-nin Beyrutdakı səfirliyinə silahlı hücum edilib.

Livan ordusunun X hesabında edilən açıqlamada ABŞ səfirliyinə atəş açan şəxsin Suriya vətəndaşı olduğu bildirilib.

Hücum edən şəxsin Livan qüvvələri tərəfindən vurularaq yaralandığı və daha sonra müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.Hücumla bağlı istintaq davam edir.

Səfirliyin ətrafına yerləşdirilən ordu hissələrinin əraziyə baxış keçirdiyi və ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Digər tərəfdən ABŞ-nin Beyrutdakı səfirliyinin X hesabında edilən açıqlamada səfirliyin girişi yaxınlığında "yüngül silahlarla atəş açıldığı" bildirilib.

Mövsüm

Aznews.az