Talibanın şallaq cəzası: "İnsan ləyaqəti onlar üçün önəmli deyil"

BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) Əfqanıstanda 63 nəfərin, o cümlədən 14 qadının açıq şəkildə qamçılandığını açıqlayıb.

UNAMA öz bəyanatında şallaq cəzasını pisləyərək, "Fiziki cəzanı pislədiyimizi və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə çağırdığımızı təkrar edirik", - deyə qeyd edib.

Taliban Ali Məhkəməsi, kimliyi açıqlanmayan şəxslərin "homoseksual əlaqə, zina və oğurluq" kimi cinayətlərə görə şallaq cəzasına məhkum edildiyini açıqlayıb.

Qamçılama cəzası ölkənin şimalındakı Sar-i Pol vilayətindəki stadionda həyata keçirilib.

Mövsüm

Aznews.az