Sunak G7 sammitində Ukraynaya 309 milyon dollar yardım ayıracağını açıqlayacaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak qarşıdan gələn G7 sammitində Londonun Ukraynanın ehtiyacları üçün 242 milyon funt sterlinq (309 milyon dollar) ayırdığını elan etmək niyyətindədir.

Bu barədə Böyük Britaniya hökumətinin saytında dərc olunmuş press-relizdə deyilir.

“Sammitdə baş nazir təcili humanitar, enerji və sabitləşmə ehtiyaclarını dəstəkləmək və uzunmüddətli iqtisadi və sosial bərpa və yenidənqurma üçün əsasların qoyulması üçün Ukraynaya 242 milyon funt-sterlinqə qədər ikitərəfli yardım göstəriləcəyini elan edəcək”, sənəddə deyilir.

Əlavə edilir ki, sammit zamanı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadə mövzusu qaldırılacaq.

Mövsüm

Aznews.az