Mixail Podolyak: “Rusiyadan yeni “sülh təklifləri” daxil olmayıb"

Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya lideri Vladimir Putinin səsləndirdiyi Ukrayna münaqişəsinin həlli təşəbbüsündə “real sülh təklifləri yoxdur”.

O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Rusiyadan yeni “sülh təklifləri” daxil olmayıb. Bunda yeni heç nə yoxdur, real sülh təklifləri yoxdur”, - Podolyak yazıb.

Mövsüm

Aznews.az