Malayziyanın baş naziri İbrahim BRİKS-ə qoşulma prosesinin başladığını elan edib

Malayziya tezliklə BRİKS-ə qoşulmaq üçün rəsmi prosesə başlayacaq.

Baş nazir Ənvər İbrahim bu barədə Çinin "Guancha" portalına müsahibəsində bildirib.

“Biz [bu məsələ ilə bağlı] qərar qəbul etmişik. Biz tezliklə rəsmi prosedurlardan keçməyə başlayacağıq (BRİKS-ə üzv olmaq - Red.)”, - deyə Ənvər İbrahim bildirib.

Mövsüm

Aznews.az

İbrahimin sözlərinə görə, o, Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə danışıqlar aparıb. Baş nazir əlavə edib ki, ölkə hazırda Cənubi Afrika hökumətindən cavab gözləyir.