ABŞ-də demokratlar Netanyahunu boykot etməyə hazırlaşır

ABŞ-də Demokratlar Partiyasının Senat və Nümayəndələr Palatasının üzvləri iyulun 24-də İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını boykot etməyə hazırlaşır.

İsrailin baş naziri Netanyahu ABŞ Konqresində çıxış etməyə hazırlaşarkən, onun çıxış edəcəyi parlamentdə boş yerlərin sayının artacağı görünür.

Netanyahu 2015-ci ilin martında, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ Konqresində çıxış edəndə təxminən 60 demokrat onu dinləməyə gəlməmişdi. İsrail baş nazirinin iyulun 24-də ABŞ Konqresində planlaşdırılan çıxışına daha çox demokratın qatılmayacağı gözlənilir.

Mövsüm

Aznews.az