Co Bayden: Biz siyasətdə gərginliyi azaltmalıyıq

ABŞ prezidenti Co Bayden Rəngli İnsanların İnkişafı Milli Assosiasiyası (NAACP) adlı qeyri-hökumət təşkilatının Las-Veqasda keçirilən 115-ci konqresində çıxış edib .

“Daha dörd il” şüarları arasında kürsüyə çıxan Bayden çıxışına “Mən Co Baydenəm və mən NAACP-nin ömürlük tərəfdarıyam ” sözləri ilə başlayıb.

“Zorakılıq həll yolu deyil”

Rəqibi Donald Trampın sui-qəsddən yüngül xəsarətlərlə xilas olmasından məmnunluğunu ifadə edən Bayden ölkə siyasətində artan gərginliyə diqqət çəkib.

Dialoqa çağıran Bayden, “Ölkəmizdə ciddi dialoqun vaxtıdır. “Siyasətdə gərginlik çox artıb",- deyə qeyd edib.

"Gərginliyi azaltmaq və hər cür zorakılığı pisləmək üçün hamımızın məsuliyyəti var" deyən Bayden, "Zorakılıq həll yolu deyil. Bir millət olaraq bu ideya ətrafında toplaşmalıyıq. Bu, haqqında danışdığım birlikdir ",- deyə vurğulayıb.

Mövsüm

AzNews.az