- Dünyanın halı
- 17 İyul 2024 21:05
- 3 584
Qazaxıstanda avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Qazaxıstanın Karaqanda vilayətində avtobusun toqquşması nəticəsində 3 nəfər ölüb.
Bu barədə "Kazakhstan.Today" məlumat yayıb.
Qəzanın saat 06:00 radələrində Almatı-Ekaterinburq yolunda, Aksu-Ayulı kəndindən 5 km aralıda baş verdiyi bildirilir. İlkin məlumata görə, "Chery Tiggo" markalı minik avtomobili ilə "Van Hoo" markalı avtobus toqquşub. Hadisə zamanı ictimai nəqliyyat vasitəsində 51 nəfər olub.
“Hadisə nəticəsində “Chery Tiggo” markalı avtomobilin sürücüsü və onun iki sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər”, - nəşr yazır.
Mövsüm
AzNews.az