İslam Əməkdaşlıq Təşkilatı İsrailin qanun pozuntularını müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 7-də İsrailin Fələstin xalqına qarşı hücumları və qanun pozuntularını müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək.

İƏT-dən verilən yazılı açıqlamada, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi və İranın suverenliyinin pozulması, İsrailin Fələstin xalqına qarşı davam edən pozuntuları kimi məsələlərin müzakirəsi üçün növbədənkənar iclas keçiriləcəyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki mənzil-qərargahında keçiriləcək “İƏT Açıq İştirakçılığa dair İcraiyyə Komitəsinin fövqəladə iclası” xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Mövsüm

AzNews.az