- Dünyanın halı
- 5 Avqust 19:32
- 2 601
ABŞ qoşunlarını Nigerdəki son bazadan çıxarır
ABŞ ordusu Nigerdəki son bazasına nəzarəti yerli silahlı qüvvələrə təhvil verib, qoşunların ölkədən çıxarılmasını başa çatdırıb.
Bu barədə “New York Times” məlumat yayıb.
İlkin planlara görə, ABŞ qoşunlarının Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201-ci aviabazadan silahları və "həssas texnologiyaları" yığışdıraraq tərk etdilər".
Onlar bundan əvvəl iyul ayında Niameydəki 101 aviabazasını tərk etmişdilər.
New York Times əlavə edib ki, inzibati məsələləri həll etmək üçün az sayda hərbçi bir müddət ABŞ-ın Nigerdəki səfirliyində qalacaq. Qəzetin yazdığına görə, ABŞ qoşunlarının Nigerdən çıxarılması ABŞ-ın Əfqanıstandan çıxarılması qədər xaotik olmayıb.
Mövsüm
AzNews.az