- Dünyanın halı
- 9 Avqust 20:09
- 2 492
Fransa DİN ölkədə antisemitizm aktlarının sayının 3 dəfə artdığını bildirib
2024-cü ilin birinci yarısında Fransada 887 antisemitizm hadisəsi qeydə alınıb, bir il əvvəlki eyni dövrdə isə 304 insident aşkarlanıb.
Bu barədə "Le Figaro" ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Antisemitizm artıq gizlədilmir. Bu fenomen ölülərə, yaralılara, təhqir olunmuşlara və tariximizə qarşı hörmətsizlikdir”, - Fransanın daxili işlər naziri Jerald Darmanin Parisdə Rue des Rosiers küçəsindəki yəhudi restoranına hücum qurbanlarının xatirəsini anma mərasimində deyib.
"France Info" kanalı öz növbəsində xatırladıb ki, daha əvvəl ölkənin baş naziri Qabriel Attal Fransanın geniş miqyasda qəddar və aqressiv antisemitizm dalğası ilə üzləşdiyini bildirib.
Mövsüm
AzNews.az