- Dünyanın halı
- 18 Sentyabr 14:45
- 1 432
Çin Tayvana görə ABŞ şirkətlərinə sanksiya tətbiq edir
Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq 9 ABŞ şirkətinə sanksiya tətbiq edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
“Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan etdi. Bu, Çinin daxili işlərinə kobud müdaxilədir və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurur”, - sənəddə deyilir.
Sanksiyalar Sierra Nevada Corporation, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal və Exovera şirkətlərinə qarşı tətbiq edilib.
Mövsüm
AzNews.az