- Dünyanın halı
- 13 Fevral 16:34
- 1 638
Tayvan ticarət mərkəzində partlayış: 5 ölü, 7 yaralı var

Tayvanda dəhşətli partlayış...
Tayçunq şəhərində təmir işləri aparılan "Şin Konq Mitsukoşi" ticarət mərkəzinin 12-ci mərtəbəsində güclü partlayış baş verib .
Əraziyə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 5 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.
Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi açıqlanıb.
Tayvan lideri Lai Çinq-te partlayışın səbəbini tez bir zamanda araşdırmağa çağırıb.
Partlayış zamanı şüşələrin sınması səbəbindən əsas yol nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.
Mövsüm
Aznews.az