KİV Braziliya prezidentinin Kiyevə səfər etməmək qərarı ilə bağlı xəbər yayıb

9 may bayramında iştirak etmək üçün Moskvaya səfər etməyi planlaşdıran Braziliya prezidenti Luis İnasio Lula da Silva Kiyevə gəlmək təklifinə məhəl qoymayıb.

Bu barədə “Metropoles” qəzeti məlumat yayıb.

"O, Kiyevə səfər dəvətinə məhəl qoymadı" deyə nəşr adı açıqlanmayan diplomatdan sitat gətirir.

Qəzetin yazdığına görə, Lulanın Rusiyaya səfəri Ukrayna tərəfindən “düşmən hərəkəti” kimi dəyərləndirilir. Bundan əlavə, prezidentin səfəri Kiyev və Braziliya arasında “diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinə” səbəb ola bilər.

Mövsüm

Aznews.az