İsrail ordusu Qəzza zolağına daha bir zərbə endirib

İsrail Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə hava zərbəsi endirib və HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Sinvarı hədəf alıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“IDF Xan Yunisdəki Avropa Xəstəxanasının altında yerləşən yeraltı terror infrastrukturu obyektində yerləşən komanda-idarə mərkəzində HƏMAS terrorçularına dəqiq zərbə endirib”, - İDF öz Telegram kanalında yazıb.

Kan radiosunun məlumatına görə , HƏMAS-ın hərbi qanadının lideri Avropa xəstəxanasının altında hücuma məruz qalan yeraltı müəssisədə olub.

Mövsüm

Aznews.az