• Qərb
  • 13 May 21:33
  •  1 025

Tramp hələ də İstanbul səfəri ilə bağlı qərarsızdır — CNN

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula səfər edib-etməyəcəyi barədə hələ qərar verilməyib.

Bu barədə CNN ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verir.

Tramp mayın 12-də bildirib ki, əgər onun qarşıdakı danışıqlarda iştirakı tərəfləri razılığa yaxınlaşdırmaq üçün lazımdırsa, o, ora gəlməkdən çəkinməyəcək. ABŞ administrasiyasının rəsmisi CNN-ə bildirib ki, Rusiya prezidenti Vladimir Putin də iştirak etmək qərarına gəlsə, Trampın İstanbula gəlmə ehtimalı artacaq.

Rəsmi həmçinin Trampın xüsusi elçiləri Steven Vitkoff və Keyt Kellogg-un Rusiya-Ukrayna danışıqlarında müşahidəçi qismində iştirak edəcəyini təsdiqləyib.

Mövsüm

Aznews.az