- Dünyanın halı
- 16 May 19:58
- 795
İsrail Yəmənin qərbindəki liman infrastrukturuna hücum edib

İsrail hərbçiləri Yəmənin Hodeyda əyalətindəki liman infrastrukturunu hədəfə alıb.
Bu barədə yerli "Al Masirah" kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “İsrailin təcavüzü Qırmızı dəniz sahilindəki Hudeyda əyalətindəki Salif limanına qarşı yönəlib”.
Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı da öz növbəsində İsrailin Yəmənin qərbindəki liman infrastruktur obyektlərinə 10-dan çox hava hücumu həyata keçirdiyini bildirib.
Mövsüm
Aznews.az