- Dünyanın halı
- 14:27
- 807
İndoneziyada qızıl mədənində torpaq sürüşməsi baş verib

İndoneziya rəsmiləri cümə günü Qərbi Papua əyalətində güclü yağışın torpaq sürüşməsinə səbəb olduğunu bildirib.
İndoneziyanın Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü Əbdül Muharinin bugün verdi açıqlamaya görə, cümə günü torpaq sürüşməsi əyalətdəki Arfak dağlarında yerli əhalinin idarə etdiyi kiçik miqyaslı mədəndə işçilərin istifadə etdiyi müvəqqəti sığınacaqları vurub.
Muhari 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını, 19 nəfərin itkin düşdüyünü bildirib. Axtarış işlərinə qoşulmaq üçün əraziyə polis və ordu personalı da daxil olmaqla azı 40 xilasedici göndərilib.
Yerli xilasetmə qrupunun rəhbəri Yefri Sabaruddin bildirib ki, qrupların hadisə yerinə çatması ən azı 12 saat çəkib və bu səbəbdən axtarışlar yalnız bazar günü başlaya bilib.
"Pis yollar, dağlıq ərazi və pis hava şəraiti xilasetmə işlərini çətinləşdirib", - Sabaruddin bildirib.
Mövsüm
Aznews.az