Husilər İsrailin Ben Qurion hava limanına yenidən hücüm edib

Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allah iki ballistik raketdən istifadə edərək, Tel-Əvivdəki Ben Qurion hava limanı da daxil olmaqla İsraildəki iki hədəfi vurub.

Bu barədə qiyamçıların yaratdığı silahlı birləşmələrin nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Raket Qüvvələri iki ballistik raketdən istifadə edərək hərbi əməliyyat həyata keçirib, bu müddət ərzində Fələstin-2 hipersonik raketindən istifadə edərək, işğal olunmuş ərazidə Ben Qurion hava limanına hücum edib”, - Saria bildirib. Onun sözləri nümayəndənin rəsmi Telegram kanalında dərc olunub.

“Ənsar Allah” həmçinin İsrailin paytaxtı Təl-Əvivin şərqindəki “vacib hədəfi” uğurla vurub”, - deyə o bildirib.

Mövsüm

Aznews.az