Pekin: Tarif artımı ABŞ sənayesinə zərər verəcək

Çin Ticarət Nazirliyinin sözçüsü He Yonqyan bildirib ki, ABŞ hökumətinin polad və alüminium idxalına rüsumları 50%-ə çatdırması Amerika sənayesinə zərər verəcək.

Onun sözlərinə görə, tariflərin artırılması qlobal istehsal və təchizat zəncirlərinin sabitliyini əhəmiyyətli dərəcədə pozacaq. O qeyd edib ki, bu cür tədbirlər ölkənin sənaye təhlükəsizliyini qorumaq üçün faydasızdır.

"ABŞ-nin polad, alüminium və onların törəmələrinə tətbiq etdiyi tariflərin artırılması təkcə başqalarına və özlərinə zərər vermir, həm də qlobal sənaye tədarük zəncirlərinin sabitliyini ciddi şəkildə pozur" deyə Ticarət Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Mövsüm

Aznews.az