Britaniya vətəndaşının Hindistan təyyarəsi qəzasından sağ çıxdığı məlum olub

Hindistanın qərbində Boeing 787 Dreamliner qəzasından sağ qalan yeganə şəxs 40 yaşlı Britaniya vətəndaşı Vişvaş Kumar Rameş olub.

The Telegraph bu barədə məlumat yayıb.

Qəzetin yazdığına görə, Vişvaş Rameş təyyarədə olan qardaşı ilə ailəsini ziyarət etmək üçün Hindistana uçduqdan sonra Londona qayıdırmış. O, hazırda döş qəfəsindən və ayaqlarından müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mövsüm

Aznews.az