- Dünyanın halı
- 15 İyun 22:07
- 2 576
Netanyahu İranın Trampı öldürmək istədiyini deyib

Tehran ABŞ prezidenti Donald Trampı özünün əsas düşməni hesab edir və onu öldürməyi planlaşdırırdı, çünki o İranın nüvə proqramının əleyhinədir.
Aznews.az xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.
"İran öz proksi qüvvələrinin köməyi ilə Trampı öldürməyə cəhd edib. Bəli, onlar onu öldürmək istəyirlər. O, onların bir nömrəli düşmənidir, həlledici liderdir", - deyə o, “Fox News” telekanalına müsahibəsində deyib.
Netanyahu sözlərinə belə davam edib:
"Tramp İrana açıq şəkildə bildirib ki, Tehran nüvə silahına malik ola bilməz, bu da o deməkdir ki, uranın zənginləşdirilməsi mümkün deyil. Deməli, Tramp onlar üçün bir nömrəli düşməndir. Onlar məni də öldürməyə çalışıblar. Amma mən onun kiçik tərəfdaşıyam və onlar başa düşürlər ki, Tramp İranın nüvə silahına sahib olmaq və ondan istifadə etmək planlarına ciddi təhlükədir".