- Dünyanın halı
- 15:26
- 1 805
Ərdoğan və Putin Telefon danışığı aparıb: Mövzu İsrail-İran münaqişəsi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı İran- İsrail münaqişəsi müzakirə edilib.
Türkiyə lideri rusiyalı həmkarına bildirib ki, İsrailin İslam Respublikası ərazisinə hücumundan sonra başlayan zorakılıq spiralı bütün regionun təhlükəsizliyini təhdid edir. Bundan əlavə, Ərdoğan qeyd edib ki, Türkiyə İsrailin İrana hücumlarını dayandırmaq üçün diplomatik təşəbbüslərə köklənib.
"Hər iki tərəf artıq çoxlu sayda insan tələfatına səbəb olan və bütün region üçün ciddi uzunmüddətli nəticələrlə dolu olan İran-İsrail münaqişəsinin davam edən gərginləşməsindən ən ciddi narahatlığını ifadə edib", - Kremlin saytında bildirilir.
Mövsüm
Aznews.az