İsrailin hücumu nəticəsində 10 SEPAH əsgəri ölüb

İsrailin İranın Yəzd vilayətinə hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 10 əsgəri həlak olub.

Bu barədə Tasnim agentliyi məlumat yayıb.

"İsrailin Yəzd əyalətinə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb", - Telegram kanalı bildirib.

Agentlik yazır ki, əyalət paytaxtının kənarındakı iki əraziyə hücum edilib, nəticədə bir neçə mühafizəçi də yaralanıb.

Mövsüm

Aznews.az