- Dünyanın halı
- 24 İyun 17:24
- 888
Fələstin İran-İsrail atəşkəsindən sonra Qəzzada atəşkəs tələb edir

Fələstin rəhbərliyi İran və İsrail arasında münaqişənin sona çatmasından sonra Qəzza zolağında atəşkəs tələb edib.
"WAFA" agentliyi bu barədə məlumat yayıb.
“Biz xalqımızın iztirablarını yüngülləşdirmək, qətliamları və aclığı dayandırmaq üçün Qəzza zolağının da daxil olduğu atəşkəsə nail olmaqla bu addımın (İran və İsrail arasında münaqişəyə son – red.) başa çatdırılmasını tələb edirik”, - deyə müraciətdə bildirilir.
Fələstin rəhbərliyi Qəzzada atəşkəsin regionda təhlükəsizlik və sabitliyin əldə olunmasına töhfə verəcəyini vurğulayıb.
Mövsüm
Aznews.az