İsrailin Tehrana raket zərbəsi nəticəsində Bəsicin kəşfiyyat-mühafizə komandiri ölüb

İranın Bəsic qüvvələrinin kəşfiyyat-mühafizə komandiri Məhəmməd Tağı Yusifvənd İsrailin Tehrana endirdiyi raket zərbəsi nəticəsində ölüb.

Bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Lorestan vilayətindəki ictimaiyyətlə əlaqələr ofisi məlumat yayıb. (APA)