Qətər İranı diplomatiyaya riayət etməyə çağırıb

Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd Əl Tani bildirib ki, İran Qətərlə əlaqələr qurarkən diplomatiya prinsiplərinə riayət etməli və ABŞ-nin Əl-Udeid hərbi bazasına hücumdan sonra ölkənin suverenliyinin pozulmasına yol verməməlidir .

"Biz bunu Qətərin əvvəldən sadiq qaldığı mehriban qonşuluq siyasətinin pozulması hesab edirik", - Əl-Cəzirə onun sözlərindən sitat gətirib .

O, Qətərin digər Yaxın Şərq dövlətləri ilə dostluq münasibətlərini davam etdirəcəyini vurğulayıb və İranı da eyni prinsiplərə riayət etməyə çağırıb.

Mövsüm

Aznews.az